Deyirlər, Hüseyn Arifin bir fanatı varmış, hər yerdə onu tərifləyirmiş, deyirmiş Hüseyn Arif Səməd Vurğundan böyük şairdir.
Bir gün yolları Qazaxa düşür, Hüseyn bəy dostuna deyir ki, məni tərifləsən də, nəbadə Vurğundan böyük şair olduğumu orda deyəsən. Rayonda şairin gəlişi münasibətiylə süfrə açılır, yeyib-içməyin şirin yerində adam dözmür, Hüseyn Arifin Vurğundan böyük şair olduğunu tostda söyləyir. Ara qarışır, vurub bunun ağzını partladırlar. Hüseyn Arif adamı kənara çəkib qulağına deyir: “Qağa, görürsən də, burda düz danışanın ağzından vururlar”.
MM.AZ