Məşhur Tiktoker qəzaya düşdü

Hadisə
Məşhur Tiktoker qəzaya düşdü – “BMW”si dirəyə çırpıldı 

Paytaxtın Xəzər rayonu, Binə qəsəbısində, Südçülük savxozu adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza avqustun 12-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı maşın idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. İddialara əsasən, qəzaya səbəb sürücünün qarşısına avtomobilin qəfil çıxması olub. Zərbənin təsirindən nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, sürücüsü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəzanı törədən şəxs Tiktok fenomeni “Po jizni Cesi” ləqəbiylə tanınan Cəsarət Cavadov olub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir