DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb və iki cinayətkar həbs olunub

Hadisə
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb və iki cinayətkar həbs olunub
Xətai və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Röyal Məmmədov və Cavad Məmmədov saxlanılıb. Onlardan 15 kq 460 qram marixuana və elektron tərəzilər aşkarlanıb.
____
Araşdırmalara görə, onlar İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotikləri satış məqsədilə paylamağı planlaşdırıblar.
____
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MM.AZ