10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu “İman fəaliyyətdə”dir-FOTO

DIN
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrikanın Keyptaun şəhərinə səfərə gedib.
G20 Dinlərarası Forumda, həmçinin, Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və, Fazil Mustafa da iştirak edir.
10-14 avqust tarixlərində baş tutacaq Keyptaun Forumunun mövzusu “İman fəaliyyətdə”dir. Forumun açılış plenar iclasında çıxış edəcək QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir