“Axtarma məni”, “O sənli günlərim”-Rüzgar Əfəndiyevanın anəm günüdür.

Tarix
“Axtarma məni”, “O sənli günlərim” və digər gözəl şeirlərin müəllifi Rüzgar Əfəndiyevanın (1947-2011) anəm günüdür.
Şeirləri Türkiyədə, Rusiyada, Əfqanıstanda, Bolqarıstanda və Özbəkistanda müxtəlif mətbu orqanlarında çap olunub, şeirlərinə bir çox mahnılar bəstələnib. “Axtarma məni”, “O sənli günlərim”, “Dəniz və məhəbbət”, “Pıçılda”, “Kimsə xoşbəxt oldu”, “Niyə tələsdin”, “Payız toyları” və sair mahnıları populyarlıq qazanıb. Bu mahnıları Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə Quliyeva, türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlar onun yaradıcılığına müraciət ediblər. “Unuda bilməzsən” (1981), “Gözlə” (1989), “Ömürdən keçən illər” (1995), “Lalənin ləçəyi” (1996), “Aydınlıqdan gedən yolda” (1997), “Gedən də var, qalan da var” (1999), “Xatirələr çiçəkləyəndə” (1999), “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların müəllifidir.

1 kişi görseli olabilir
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir