Tramp-Putin görüşünə, başqa sözlə, Ukryananın parçalanmasına saatlar qaldı

Siyasət
Hələ 2020-ci ildə Rusiyanın Ukraynaya müdaxiləyə hazırlaşdığını və onun ərazilərini işğal edəcəyini yazanda və söyləyəndə dostlarım gülər və məni nağıl danışmaqda suçlayar, bunun mümkün olmadığını deyərdilər. Sadəcə 2 il keçdi və Rusiya-Ukrayna müharibəsi başladı.
Ukraynanın, çox-çox təəssüflər olsun ki, məğlub olacağını, Dneprdən şərqdəki torpaqlarında qondarma “Xəzər yəhudi dövlətinin” təməllərinin atılacağını, qərbdəki torpaqarında isə tərixi Reç Pospolitanın bərpa ediləcəyini söyləyəndə də dostlarım, xüsusən də Bütöv Azərbaycan Ocaqlarından olan dostlarım etiraz etmiş, Ukraynanın mütləq qələbə çalacağını demişdilər. Onlara “mənim də ürəyimin eynən siz deyənləri dediyini, amma ağlımım tamam başqa şeydən xəbər verdiyini” söyləmişdim. Sözlərimə “Ürəklə deyil, başla düşünmək lazımdır” cümləsini də əlavə etmişdim.
Təəssüf, Ukrayna da, Gürcüstan da parçalanacaq.
ABŞ Rusiyanı Çinə qarşı öz yanına çəkə bilmək üçün onun ağzına mütləq sümük atmalıdır.
Rusiyanın başqa bir missiyası da var.
—-
Statusumun bundan sonrakı hissəsini inanclı müsəlmanlar üçün yazıram.
Peyğəmbərimizin (s) hədislərini xatırlayın. Onun uşaqların oyununun səbəb olacağını öncədən buyurduğu Suriyadakı fitnə 2011-ci ildə gerçəkləşdi. Bu barədə “Həzrət Mehdi və Məlhəmeyi-Kübra” adlı monoqrafiyamda (2020-ci il) yazdığımdan və onun İnternetdə olması səbəbindən üzərində geniş durmuram. Eyni əsərdə yazdığım kimi, qarabayraqlılar (İslam dövləti) 2014-cü ildə İraq və Suriyada ortaya çıxdı. “Bəni-Səfid” (ruslar), hədislərdə buyrulduğu kimi, 2015-ci ildə Suriyanı işğal etdilər, “80 bayraq (ABŞ-ın 80 dövlətdən təşkil etdiyi koalisiya) qarabayraqlılara qarşı müharibəyə başladı və Peyğəmbərimizin (s) buyurduğu kimi, müsəlmanların “üçdə biri şəhid oldu, üçdə biri dözə bilməyib, Suriyadan qaçdı, üçdə biri isə dəyanət göstərib dözdü” və ya Allahın onlara vəd etdiyi “Nüsranı” gözləmək üçün Türkiyənin yardımı ilə İdlibə sığındılar.
Bundan öncə Rum (Türkiyə 2016-cı ildə) Dabiqə endi və müsəlmanların “Məlhəmeyi-Kübra” dedikləri müharibə başladı.
2024-cü ildə Colaninin başında dur duğu HTŞ (keçmiş Ən-Nüsra təşkilatı) İdlibdən çıxaraq rus və fars işğalçılarını Suriyadan qovdu. Onlar, Peyğəmbərimizin (s) də öncədən buyurduğu kimi, Qüdsü yəhudi işğalçılarından azad edəcəklər. Amma bu gələcəyin işidir.
Bundan öncə isə, Hezekel Peyğəmbərin (ə) kitabında yazıldığı kimi, ruslar (yəcuc və məcuc) Farsla (İranla) birlikdə və ya Daniyal Peyğəmbərin (ə) yazdığı kimi, İranın əli ilə İsraili məhv edəcəklər.
—-
Statusunum bu hissəsi ateist türkçülər üçündür.
2012-ci ildə Bilderberq Klubu “İsrail” layihəsinə son vermək qərarını verib. İsrail ləğv ediləcək, bütün yəhudilər (aşkenazlar) oradan kütləvi köç edəcəklər. Onların böyük hissəsini Rusiyanın Ukraynadan işğal etdiyi torpaqlara köçürülməsi və burada qondarma “Xəzər yəhudi dövləti”nin qurulmasına qərar verilib.
Bilirəm, bu xəbər ateist türkçüləri bərk üzəcək. Çünki onların İrana, ilk növbədə də farslara olan haqlı nifrəti, nicatın guya İsraildən gələcyinə inanmaları onları faktiki olaraq yəhudilərin nökərinə çevirib. Eynən ökləmizdəki şiələrin kiçik bir hissəsinin farsın nökərinə çevrildiyi kimi.
Narahatlığa əsas yoxdur. İran indiki halında qalmayacaq. Orada Pezişkiyan başda olmaqla, müsəlman Türk, kürd və ərəblərin Fars imperializminə qarşı hərəkatı başlayıb.
Dəqiq bilmirəm, məncə, bu hərəkat mənfur Xamneyinin və eynən yəhudilər kimi Türk-İslam dünyasının düşməni olan qaniçən ayətullah rejiminin çöküşü ilə nəticələnəcək. Başqa cür mümkün deyil.
Amma özünüzü aldatmayın. İsrail məhv olmadan və qardaş Fələstin xalqı azad olmadan Günüey Azərbaycan azad olmayacaq. Fələstin və Cənubi Azərbaycan təqribən eyni vaxtda azad olacaq.
MM.AZ  BƏXTİYAR TUNCAY