Lənkəranda anadan olan, Vətən müharibəsi şəhidi Əli Mehdizadənin bu gün doğum günüdür.
-Mehdizadə Əli Məcid oğlu 15 avqust 2001-ci ildə Lənkəranda doğulub. Əli Mehdizadə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı bölüyün əsgəri olan Ə.Mehdizadə Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası alsa da, müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanıb. Əli Mehdizadə 2020-ci il 1 noyabr ayının 1-də Şuşanın Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhramancasına şəhid olub.
-Ə.Mehdizadə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şücaətə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

MM.AZ