Uzun fasilədən sonra 1967-ci ildə Novruz bayramının Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilməsinə müvəffəq olan yazıçı, dramaturq, şair, filoloq-alim Şıxəli Qurbanovun (1925-1967) sabah doğum günüdür.
Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. 1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölüb, həkim pəncərədən qaçıb.

MM.AZ