Mehriban Ələkbərzadə sosial media hesabında atasının (Ziyadoğullar) yani Ziyadxanovlar nəslindən olduğunu iddia edib.
Bununla bağlı Ziyadxanovlar nəslinin nümayəndələri ilə əlaqə saxladıq və onlar bildirdilər ki, bu iddia tamamilə ağ yalandır! Mehriban Ələkbərzadə ilə onların heç bir qohumluq əlaqəsi və qan bağı yoxdur. “Əgər əlində şəcərə sənədi varsa, ortaya qoysun! Çünki bu, ictimaiyyəti aldatmaq deməkdir!”

1804-cü ildə ruslar Gəncəni işğal etdikdən sonra Ziyadoğulları nəslinin nümayəndələri Ziyadxanov soyadını qəbul etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında təmsil olunan böyük nəsillərdən biri də Ziyadxanovlar olub. Onların sırasında demokratik hökumətdə yüksək vəzifə tutmuş Adil xan və İsmayıl xan Ziyadxanovlar da var. İsmayıl xan Cümhuriyyətdə mühüm vəzifələrdə çalışıb. Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləyib. 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Adil xan Ziyadxanov isə Tiflis klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirib. AXC hökuməti qurulduqdan sonra Adil Ziyadxanov xarici işlər nazirinin müavini təyin edilib.
Bu gün də Ziyadxanovlar nəsli davam edir. Cavad xanın doğma nəticəsi, İsmayıl xan Ziyadxanovun nəvəsi Valid xan Ziyatlıdır. “Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidentidir. Kiçik nəvəsi Cavad xan Ziyadxanov ulu babası Cavad xanın adını daşıyır. Onlar isə Mehriban Ələkbərzadəni tanımırlar!

MUASİRMEDİA.AZ