Avropa liderləri Alyaska sammitindən sonra birgə bəyanatla çıxış ediblər. Almaniya Federal Mətbuat və İnformasiya İdarəsi tərəfindən dərc edilən sənəddə deyilir:
–Ukrayna suverenliyini və ərazi bütövlüyünü effektiv qorumaq üçün sarsılmaz təhlükəsizlik zəmanətlərinə malik olmalıdır
-Ukrayna hakimiyyətinin və silahlı qüvvələrin üçüncü ölkələrlə əməkdaşlığına məhdudiyyət qoyulmamalıdır.
-Rusiyanın Ukraynanın Aİ və NATO-ya gedən yoluna veto hüququ ola bilməz.
– Trampın Ukraynadakı qətlləri dayandırmaq və Rusiyanın işğal müharibəsinə son qoymaq səyləri alqışlanır
-Avropa onun da dəstəyi ilə üçtərəfli sammit keçirmək üçün prezident Tramp və prezident Zelenski ilə işləməyə hazırdır.
– Avropa ədalətli və davamlı sülh əldə edilənə qədər sanksiyaları sərtləşdirmək və Rusiyanın müharibə iqtisadiyyatına sərt təzyiq göstərmək üçün daha geniş iqtisadi tədbirləri təsdiqləyir.
Sənədi:
— Almaniya kansleri Fridrix Merz,
— Fransa prezidenti Emmanuel Makron,
— İtaliyanın baş naziri Corcio Meloni,
— Böyük Britaniyanın baş naziri Key Starmer,
— Finlandiya prezidenti Aleksandr Stubb,
— Polşanın baş naziri Donald Tusk,
— Avropa Komissiyası sədri Ursula f. d. Leyen
— Avropa Şurası sədri Antonio Kosta imzalayıb.
Belə çıxır, Avropa Alyaska görüşündə Trampın Putinin gətirdiyi şərtlərə razılaşmayıb, Ukrayna və Avropa mövqeyi tərəfini saxlamasından razı qalıb. Demək ki, vəziyyət Zelenskinin xeyrinədir.

MUASİRMEDİA.AZ