Bu gün sənin doğum günündür, əziz qardaşım.
Bu gün 35 yaşın tamam olur.
Sən bir ömürlük xatirəyə, bir millətin qüruruna, bir ailənin ürəyində yaşayan əbədiyyətə çevrildin.
Səni qəhrəman adına yaraşan şəkildə – bayraqlarla, dualarla, xatirələrinlə, alnımızda fəxarət, ürəyimizdə sevgi hissi ilə anırıq.Bilirik ki, sən indi cənnətdə, ən uca məqamdasan.
Ruhun şad olsun, İntiqam!
Sən bizim qəlbimizdə yaşayırsan – hər doğum günündə, hər dua vaxtı, hər bayrağa baxanda, hər azan səsində.
MM.AZ
MM.AZ