Dünyanın ən bahalı alması olan Qara Alma, Tibetdən gəlir.
Həqiqətən də qara rəngli bu alma növü mövcuddur. Kiçik, şirəli və şirin olan bu meyvəyə “Black Diamond” (Qara Almaz) adı verilib. Təxminən 3100 metr yüksəklikdə yerləşən Tibetin Nyingchi bölgəsində yetişdirilən xüsusi bir alma növüdür.
Bu unikal rəngin səbəbi, yetişdiyi mühitin xüsusiyyətləridir. Ağaclar Himalay dağlarının kölgəsində böyüyür və bu da onları çox vaxt sərt iqlim şəraitinə, həmçinin gecə və gündüz temperaturu arasındakı böyük fərqə məruz qoyur.
Bundan başqa, bu yüksəklikdə alma daha çox ultrabənövşəyi şüalara məruz qalır və bu da meyvənin tünd rəng almasına səbəb olur.
Amma içi ağdır, çox dadlıdır və turşuluq dərəcəsi aşağıdır.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN