Tramp bu gün təcili, Zelenskiy və vacib Avropa liderlərini ABŞ-a, Vaşinqtona xahişlə dəvət edib.

Dünya
Alyaska sammiti sonrası gedişat nə yerdədir? Tramp bu gün təcili, Zelenskiy və vacib Avropa liderlərini ABŞ-a, Vaşinqtona xahişlə dəvət edib. Görünür ki, Alyaska şokundan ayılıb, Avropa və Ukrayna birliyində ciddi müzakirə ehtiyacı olub.
Görüşə gedənlər bunlardır:
– Almaniya kansleri Fridrix Merz
– Ukrayna prezidenti Vladimir Zelenski.
– Finlandiya prezidenti Alexander Stubb
– Böyük Britaniyanın baş naziri Keir Starmer
– Fransa prezidenti Emmanuel Makron
– İtaliyanın baş naziri Giorgia Meloni
– Avropa Komissiyasının sədri Ursula f.d. Leyen
– NATO-nun baş katibi Mark Rutte
– Polşa, Estoniya, Latviya, Litva nümayəndələri.
Bu qədər lider heyətin təcili, tez Alyaska görüşü sonrası yığılması, görünür ki, ciddi və konkret qərarlar qəbulu üçün ola bilər və heç də Rusiya, Putin xeyrinə olmayan. Vəziyyət çox ciddiləşib. Putin özünü çox pis nümayiş etdirdi bütün bu, aşağı səviyyəli, yaraşmaz biclikləri, oyunları ilə.
Əvvəllər Avropasız və hətta Zelenskisiz Putinlə Ukrayna məsələsini həll etmək istəyən Tramp, bu gün artıq fikrini 180 dərəcə dəyişib. Putinin oyunları, xüsusən, Alyaskada Trampın yüksək qarşılamasını ‘yerə vurması’ etdi, bu dəyişikliyi. Bütün ABŞ cəmiyyətini qəzəbləndirdi bununla.
Yəqin ki, Rusiyaya qarşı konkret: həm iqtisadi ağır sanksiyalar və həm Ukraynanın çox, tutarlı hərbi gücləndirilməsi qərarları qəbul edilə bilər. Görünür, Rusiyaya daha elə güzəşt olmayacaq. Əsas da odur ki, ABŞ və Avropa artıq, Ukrayna üçün bir cəbhədədir. Görək sabah necə olacaq.
P. S.
Gedişat, proseslər Ukrayna üçün heç, pis deyil, ümumi götürəndə. Yaxın vaxtda nəticələri olar.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir