“Hörmətli katib, vəziyyətimiz olduqca dözülməzdir. Ailəmiz üç-dörd ay açıq səma altında yaşadıqdan sonra əlacsız qalıb yeraltı daxma düzəldib altında məskunlaşmışıq. Soyuqlar düşüb, qar yağır. İki uşağım acından ölüb, üç uşağım isə ölümcül haldadır. Bəs biz nə edək? Necə dolanaq?…”
İosif Stalinin qərarı ilə 1948-ci ildə Dərələyəz mahalının (indiki Ermənistan) Qışlaqlı kəndindəki öz evindən vaqonla deportasiya olunaraq, Kür-Araz ovalığına gətirilmiş azərbaycanlı ailələrdən Gözəl adlı qadının mərkəzə yazdığı ərizə.
Mənbə: Azərbaycan Respublikasının Dövlət Arxivi
Qeyd: SSRİ rəhbəri İ.Stalinin qərarı ilə 1948-53-cü illərdə 100 mindən çox azərbaycanlı minillər boyu yaşadığı öz dədə-baba torpaqları olan Qərbi Azərbaycandan (indiki Efmənistandan) zorla çıxarılaraq Kür-Araz ovalığına köçürülmüşdür. Nəticədə iqlim şəraitinə və qeyri-insani, antisanitar yaşayış şərtlərinə tab gətirməyən soydaşlarımızın bir hissəsi həyatını itirmişdir. Bu köçürmə Azərbaycan xalqının 20-ci əsrdə aldığı ən ağır zərbələrdən biridir.
MM.AZ
MM.AZ