Ağdamda özünü “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov vətəndaşlardan rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etdiyi üçün polis tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

MM.AZ