Bu gün, Azərbaycan əsilli diplomat Elçin Qasımov Slovakiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etimadnaməsini təqdim etmişdir.
Bu mühüm hadisə xalqımız və dövlətimiz üçün böyük qürur mənbəyidir. Azərbaycan əsilli bir diplomatın ölkəmizdə səfir kimi fəaliyyətə başlaması milli diasporumuzun Vətənə bağlılığını, Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunu və möhkəmlənən mövqelərini bir daha göstərir.
Azərbaycan Slovakiya münasibətlərinin inkişafı baxımından əlamətdar olan bu hadisə hər bir azərbaycanlı üçün fəxrdir.
Hörmətli Elçin Qasımovu səmimi-qəlbdən təbrik edir, ali vəzifəsində uğurlar arzu edirəm.
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ