“Estrada teatrını açanda Nuriyyə Əhmədovaya rol vermək istədim. Ancaq tapa bilmədim. Axırda milisə müraciət etdim. Məni düz onun evinə apardılar. Qapını döydüm, Nuriyyə xanım açdı. Soruşdum səni axtarıram, hardasan? Yalandan dedim səni 2 aydır işə götürmüşəm. Cibimdən çıxarıb, 600 manat verdim. İllər sonra dedi ki, Qorxmaz sən bilirsən nə vaxt gəlmişdin bizə? O vaxt gəlmişdin ki, 2 gün idi evdə çörək yemirdik”, – Qorxmaz Əlilicanzadə.

muasirmedia.az