İxtisasca həkim olan Arif Mirzəquliyev “Görüş” filminə təsadüfən çəkilmişdi.
İndiki “Fəvvarələr bağı”nda gəzən gənc rejissor Tofiq Tağızadənin diqqətini cəlb edir və rejissor onu filmə dəvət edir. Arif Mirzəquliyev bir il sonra “O olmasın, bu olsun” filmində Sərvər rolunu oynayır. O, bütün ölkədə məşhurlaşır, hətta gənc qızlardan saysız-hesabsız sevgi məktubları alır. Lakin bir gün atası, ağır xəstə olan Teyyub kişi Arifi yanına çağıraraq “Mənə söz ver ki, heç vaxt bir də kinoya çəkilməyəcəksən” deyir. Arif atasına söz verir. O, bundan sonra əsas diqqətini həkimliyə yönəldir. Övladlarına atasının adını verir: Teyyubə və Teyyub. Arif Mirzəquliyev bir də uzun illər sonra Əliağa Ağayev və Ağasadıq Gəraybəylinin çoxsaylı xahişləri ilə “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filmə çəkilir. MUASİRMEDİA.AZ
