Adəm Məmmədovun vəkilliyinə xitam verildi

Hadisə

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub.

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Bildirilib ki, yığıncaqda “Vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən göstərilmiş hüquqi yardım barədə” statistik hesabatın vahid formasına baxılıb və müvafiq qərar qəbul edilib.

Eyni zamanda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub

Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir