Maestro Niyazinin xatirəsinə konsert

Mədəniyyət
Avqustun 20-də SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli dirijor və bəstəkar Niyazi Tağızadə-Hacıbəyovun 113-cü ildönümü münasibətilə Filarmoniyanın “Yay zalı”nda xatirə konserti keçirildi.
Konsertdə Niyazi adına Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, tanınmış ifaçılar və solistlər çıxış edərək Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər bəstəkarların əsərlərini səsləndirdilər.
Tamaşaçılar konserti böyük coşqu ilə qarşıladılar.
Bu tədbirin məqsədi unudulmaz maestro Niyazinin zəngin irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir