O, 3 mart 1973-cü ildə Bərdə rayonunun Yеni Daşkənd kəndində anadan olmuşdur. Babası Məşədi Qasım 1918–1920-ci illərdə Göyçə mahalında və Qarabağda ermənilərə qarşı döyüşlərdə fəallıq göstərmişdir.
Yasif Kərimov 1980–1990-cı illərdə Yеni Daşkənd kənd orta məktəbində oxumuşdur.
24 mart 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. Sıravi əsgər kimi N saylı hərbi hissənin atıcısı olmuşdur.
22 avqust 1992-ci ildə Ağdərənin Drombon (Heyvalı) kəndi yaхınlığında gеdən döyüşdə top qəlpəsindən yaralanaraq şəhid olmuş, Bərdə rayonunun Yеni Daşkənd kəndində dəfn olunmuşdur. Həmin döyüşdə Yasif Kərimov şəhid olmuş, həmkəndliləri Aqil Əliyev, Adil İsmayılov, Kəmaləddin Kərimov isə yaralanmışdır.
Yasif Kərimovun təhsil aldığı Yеni Daşkənd kənd tam orta məktəbi 1993-cü ildən onun adını daşıyır. 2012-ci ildə məktəbin girişində şəhidin büstü qoyulmuş, 15 sentyabrda büstün təntənəli açılışı olmuşdur. Haqqında “Ömrün şəhidlik zirvəsi” adlı kitab çap olunmuşdur. Kitabda bütün materiallar çap olunduğundan onları burada sadalamağı vacib bilmədik.
Yasif Kərimovun 1991-ci ildə nişanı olmuşdu.
EL TV “Əsgər” verilişinin 2018-ci il tarixli “Şəhidlər” rubrikasında Yasif Kərimovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlanmışdır.
2023-cü ildə Yеni Daşkənd kəndində 50 illik yubileyi keçirilmişdir.
MM.AZ