Rusiyalı 47 yaşlı alpinist Natalya Naqovitsına Qırğızıstanda 7 min metr yüksəklikdə yerləşən “Pobeda” zirvəsində həlak olub.
Rusiyalı alpinist 11 gün əvvəl dağdan yıxılaraq ayağını sındırmışdı və -26° şaxtada günlərlə yeməksiz və susuz qalmışdı.
Onu 3 dəfə xilas etməyə cəhd etsələr də, əlverişsiz hava şəraiti buna imkan verməmişdi. Xilasetmə əməliyyatlarından birində isə italiyalı alpinist həlak olmuşdu.
Bir həftədən çox idi bütün dünya sözügedən olayı izləyirdi və sabahkı xilasetmə əməliyyatına ümid vardı. Təəssüf ki, qadının orqanizmi tab gətirmədi.
Dörd il əvvəl Natalya Naqovitsınanın həyat yoldaşı da oxşar şəraitdə Xan-Tenqri zirvəsində həlak olmuşdu.

MM.AZ