25 avqust qəhrəman Rahib Məmmədovun doğum günü .
Allah rəhmət eləsin.
Vətənin qürurlu oğlu.
Abidən ucaldı çox gənc yaşında.
Qaldın qəhrəmantək, el yaddaşında.
Bu gün səni anan dost, tanışın da.
Getdiyin yolları eşidib, bilib .
Vətənin qürurlu oğlusan, Rahib.
Adınla hər zaman öyünmək gərək.
Etdiyin hünərə, sevinmək gərək.
Önündə hər zaman, əyilmək gərək.
İlk igidlik yolu bil səndən gəlib.
Vətənin qürurlu oglusan, Rahib
Səninlə fəxr edir adını anan.
Çıxmırsan yaddaşdan bir an da inan.
Bizləri səsləyir ruhun da hər an.
Etdiyin hünərə, dünya sevinib.
Vətənin qürurlu oğlusan, Rahib.
Sabaha xoş gündür ümüdlərimiz
Dünyada tanındı igidlərimiz.
Yolunu düz seçdi şəhidlərimiz.
Adını şərəflə yaşadır Sahib.
Vətənin qürurlu oğlusan Rahib.
Köksündə yurd salan bir qara daşda.
Bir igid boylanır çox cavan yaşda.
Həsrətdir üzünə bacı, qardaş da.
Qəhrəman adından, Adil fəxr edib.
Vətənin qürurlu oğlusan, Rahib.


MM.AZ