(Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək”.
İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.
“Ermənistan baş naziri (Nikol Paşinyan) son səfərim zamanı məni əmin etdi ki, ölkəsinin Azərbaycan Respublikası və ABŞ ilə son danışıqlarında və razılaşmalarında İran və Rusiyanın maraqları tam nəzərə alınıb. Bunu nəzərə alaraq, hesab edirəm ki, 3+3 fotmatının çərçivəsi daha səmərəli olacaq və Rusiyanın İranla danışıqlarda iştirakı və mexanizmin yenidən qurulması üçün daha effektiv olacaq”, – Pezeşkian qeyd edib.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.