26 avqust Azərbaycanın birinci xanımı, birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Əziz xanım Mehriban xanım sizi ad günü münasibətilə təbrik edirİK.

Sizin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, təhsil, səhiyyə və humanitar sahələrin inkişafında fəaliyyətiniz hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur və minnətdarlıqla qarşılanır. Heydər Əliyev Fondunun fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycanın dünyada layiqincə təmsil olunması istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir.
Azərbaycanın Birinci vitse-prezidenti kimi dövlətimizə, xalqımıza göstərdiyiniz xidmətlər, həyata keçirdiyiniz xeyirxah təşəbbüslər, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ən yaxın silahdaşı kimi sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana xarakteri Sizi Azərbaycan qadınının ictimai-siyasi həyatdakı fəal mövqeyinin parlaq simvoluna çevirmişdir.
Bundan sonra da xalqımızın rifahı, ölkəmizin davamlı inkişafı və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi istiqamətində yorulmaz fəaliyyətinizi uğurla davam etdirməyinizi alqışlayırıq.
MUASİRMEDİA.AZ