“Rəqiblər”, “Bəyin oğurlanması” filmlərinə Ələsgər adı ilə çəkildikdən sonra Əsgər adını dəyişdirib, Ələsgər edir. Aktyorun uşaqlıq illəri olduqca çətin keçib. Ələsgər Məmmədoğlunun 12 yaşı olanda atası dünyasını dəyişir. Qardaşının isə cəmi 5 yaşı vardı. Aktyor atasını itirəndən sonra ailənin çətin günləri başlayır. O, uşaq yaşlarından işləməyə, ailəsinə kömək etməyə başlayır. Tum, donsurma satır, zavodda işləyir. Ailənin bütün yükü aktyorun üzərinə düşürdü. Teatra həddən çox sevgisi olan Ələsgər Məmmədoğlu anasının qəti etirazlarına baxmayaraq, aktyorluğu seçir. Lakin həyatda çox sakit adam olduğundan filmlərdə, tamaşalarda əsas rollara dəvət almır, ancaq epizodik rollar oynayır.

MM.AZ