Allahverdi Bağırov döyüşçüləri ilə. Qəhrəmanımız barədə maraqlı faktlar: “Ağdamın imkanlı şəxslərindən olsa da, ev-eşiyini atıb cəbhəyə yollanmışdı. Nə yeyirdiksə onu yeyirdi. Soruşurdu ki, nə bişirmisiniz? Gətirin yeyək. Biz necə yatırdıqsa, o da elə yatırdı. Yanaşı otururduq, bircə dəfə də olsa xətrimizə dəymədi. Hansısa əsgər şəhid olanda, yaralananda gizlicə ağlayardı. Döyüşə – ölümə gedirdik, gülürdü ki, əsgər ölümə getdiyini hiss etməsin. Döyüşdə zarafat edər, hamıdan qabaqda gedirdi. Bir dəfə mühasirəyə düşdük. O, hamını mühasirədən çıxarıb, ən axırda özü çıxdı. Heç bir əsgərini qoymadı ki mühasirədə qalsın. Əsgərdən ötrü canını verərdi. Ancaq belə baxanda əsgər onun yanında artıq-əskik danışa bilərdi? Eşidəndə ki, Allahverdi gəlir, hərə bir tərəfə qaçırdı ki, gəlib hansısa “naruşeniya”mızı görər”, – döyüş yoldaşı Zahid Qarayev.

MM.AZ