Biləsuvarda yazıçı Əlibala Hacızadənin 90 illiyi münasibətilə tədbir keçirilib

ƏDƏBİYYAT
Biləsuvarda görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Muğan Regional bölməsinin təşkilatçılığı ilə baş tutan tədbir Biləsuvar rayon Mərkəzi Kitabxanasında düzənlənib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən rəis müavini Emin Mustafayev, Azərbaycan Yazıçılar Birliyi Muğan Regional bölməsinin sədri Nəbi İbrahimli, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Yusifli, eləcə də şairlər, yazıçının ailə üzvləri və ictimaiyyət iştirak ediblər.
MM.AZ