Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri!
Sizi doğum gününüz münasibətilə dərin ehtiram və səmimi arzularla təbrik edirəm. Uca Yaradanın Sizə bəxş etdiyi müdriklik, təmkin və yüksək mənəvi dəyərlər illər boyu millətimiz üçün nur saçan bir mayaka çevrilmişdir.
Dini və milli birliyimizin qorunmasında, tolerantlıq və humanizm ideyalarının təşviqində göstərdiyiniz böyük xidmətlər daim qürur doğurur.
Onu da məmnunluq və minnətdarlıqla deyim ki, böyük oxucu sevgisi qazanmış (xüsusilə cənub bölgəsində) müəllifi olduğum “İman qaynaği” (2002) kitabı Sizin xeyir-duanızla ( ön söz ) işıq üzü görüb.
Sizə möhkəm cansağlığı, uzun ömür və ali məqsədlərinizin həyata keçməsində yeni nailiyyətlər arzulayırıq. Uca Allah hər zaman yardımçınız olsun!
MM.AZ