Tənhalıq təfsiri ağır məsələdir. Əslində Allahla olan tək olar, tam tənha qalmaz

DIN
Bu gün özümü ruhən yaxşı hiss etmirdim. Dəyərli dostumla bu barədə danışdıq, ürəyimi boşaltdım, sonda təvafüqən ayrı söz əsnasında hacının səsindən söz açdı. Axtarıb tapdım səsi. Düzdür, səs keyfiyyətli deyil, amma başa düşmək olur.
Bu gün həm də onun günüdür. Yazmaq xatirinə yazmaq istəmədim. Bu məni çox incidir. Özümü hətta kiməsə xoş söz deməyə vadar edəndə. Olmur, alınmır. Gərək ruhumla üst-üstə düşsün. Empati bağı qurum. Ki, səmimi olsun.
Mərhum hacının səsi – doğularkən də tənha, ölərkən də tənha olduğumuzu bir daha göstərir.
Tənhalıq təfsiri ağır məsələdir. Əslində Allahla olan tək olar, tam tənha qalmaz. Allahla olmayan tənhalığı yanlış şeylərlə doldurar. Quran Peyğəmbərin dililə deyir, hüznlənmə, Allah bizimlədir.
Tənhalıq zəiflər üçün zülmət, böyüklər üçün nurdur. Böyüklər tənhalığı qəbul edir və ilahi addımları eşidirlər. Zəiflər tənhalıq zülmətində qərq olur və həlakətə yuvarlanırlar.
Antoloji tənhalıqla barışmaq lazımdır. Bu tənhalıq adamı Allaha doğru aparır.
Lakin və amma.. Allah da kimlərinsə dililə danışa bilər. Biz görürük ki, hacının da buna ehtiyacı var. Bir həmdəmlə ürəyini boşaltmaq. Və bu, ilahi və rəbbaniliklə ziddiyyət təşkil etmir. Hətta Allahın Rəsulunun da həmdəmi vardı. Əli idi.
İmam Əli isə Allahın Rəsulunu, üstəlik xanımı hz Fatiməni itirdikdən sonra həmdəmini itirdi. Dərdinə səhralar, quyular, əkdiyi ağaclar həmdəm oldu.
Allahı və həmdəm olacaq rəbbani dostu olan nə xoşbəxtdir.
Mən də hacının doğum günü onun dərdini izhar etməklə qəlbim sirab oldu, toxtadım. Çünki dərdimiz müştərək və eynidir. Məsələ o deyil ki, problem həll olundu. Məsələ yaşamaq üçün ümidin sönməməsidir.
Doğum günün mübarək, xatirən təravətli qalsın, ey həmdəm!
PS: Səs mənə göndərilməyib. Sadəcə rastıma çıxıb, paylaşmışam.
https://www.youtube.com/shorts/SSTw61ThiYA
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir