Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
MUASİRMEDİA.AZ xəbər verir ki,Avtoqəza gecə saatlarında rayonun Dayıkənd kəndi ərazisində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan rayonunun Dayıkənd kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə sakinlər tərəfindən məlumat verilib. Məlumatla əlaqədar qəza yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı 99 UU 913 dövlət nömrə nişanlı minik avtomobili yol kənarındakı kollektora aşıb. Avtomobildə 3 nəfər şəxs sıxılmış vəziyyətdə qalıb. Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər sağ çıxarılıb, 1 nəfərin meyiti isə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri – 1991-ci il təvəllüdlü Həsən Rafət oğlu Rüstəmov, 1976-cı il təvəllüdlü Taleh Əkbər oğlu Məhərrəmov, eləcə də Salyan şəhər sakinləri – 2006-cı il təvəllüdlü Lalə Fikrət qızı Yaqubova, 2023-cü il təvəllüdlü Miryusif Mirəli oğlu Əhmədov, 1958-ci il təvəllüdlü Bəsirə Sabir qızı Yaqubova xəsarət alıblar. Hadisə zamanı Xalidə Sabir qızı Yaqubova ölüb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Şahidlərin dediyinə görə avtomobil Biləsuvar rayonu istiqamətinə gedirmiş. Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=qQHEg2j1zoo
MM.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU