Salyanda ölümə səbəb olan yol qəzası-VİDEO

Hadisə

Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə rayonun Noxudlu kəndi ərazisində gecə saatlarında baş verib. Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 47 yaşlı Daşqın Zalıyev hadisə yerində ölüb. Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 30 yaşlı Şükran Həsənəliyev və Salyan şəhər sakini, 48 yaşlı Alik Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

MM.AZ
YAQUB MEHDİ OĞLU

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir