Mənsum müəllim sənətin ucalığı ilə yanaşı, insanlıq məktəbidir.
Nə xoş mənə ki , uşaqlıqdan bu böyük sənətkara, onun sənətinə, duruşuna, şəxsiyyətinə şahidlik edirəm. Onunla birlikdə olduğum səfərlər, iştirak etdiyimiz dövlət tədbirləri mənə göstərdi ki, o, təkcə muğamın deyil, həm də yüksək mənəviyyatın, ədalətin, dürüstlüyün daşıyıcısıdır.

Sənətdə olduğu qədər insanlıqda da ustaddır. Onun hər bir addımında sənətə sevgi, insana sayğı var. Həssaslığı, sadəliyi, haqqı hər zaman üstün tutması onu bizim üçün daha da uca edir. Elin sənətkarı olmaq hər kəsə nəsib olmur. Mənsum müəllim bu adın əsl daşıyıcısıdır.Minnətdaram ki, sizdən öyrənmək fürsətim olub.
Sənətkarlar sənətin fədailəri haqqında fikir söyləyərkən dərin düşünüb, ölçüb-biçmək lazımdır. Çünki onların həyatı səhnədən kənarda da bir fədakarlıq hekayəsidir. Bu mənada Mənsum müəllim kimi sənətkarlar haqqında danışmaq da məsuliyyət, duymaq isə bir xoşbəxtlikdir. Onun sənəti qədər insanlığı da örnəkdir.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN