Bir gün Molla Nəsrəddin eşşəyi hava alsın deyə zorla evin damına çıxarır. Bir müddət sonra Molla Nəsrəddin” Bu qədər hava bəsdir” deyib eşşəyi damdan düşürmək istəyir. Nə qədər çalışırsa eşşəyi düşürə bilmir. Yorulan Molla Nəsrəddin eşşəyi damda bıraxıb aşağı düşür. Eşşək oynamaq üçün geniş yer tapdığı üçün atılıb düşür. Eşşək o qədər atılıb düşür ki, dam sökülür və o düşüb ölür. Molla Nəsrddin ibrətlə ölmüş eşşəyə baxıb deyir: Demək ki, eşşəyin mərtəbəsini yüksəltsən həm durduğu yerə zərər verir, həm də özünə.
mm.az
