Molla Həsrəddinin mətbəxi, şahın sarayı

ƏDƏBİYYAT
Molla Nəsrəddin kənddən şəhərə köçdükdən sonra bir neçə il onun-bunun evində kirayənişin qalır. Axırı ki, bir təhər borc-xərc pul düzəldib, özünə balaca bir ev, yanında da lap balaca bir mətbəx tikdirir.
Əhvalatı Əmir Teymur xəbər verirlər. Teymur Mollanı ələ salmaq məqsədi ilə bir gün saray adamlarını da götürüb, onun evinə gəlir. Ora-bura baxandan sonra deyir:
– Evin yaxşıdır. Lap özünə layiqdir. Amma mətbəxin heç xoşuma gəlmədi. Bu balacalıqda da mətbəx olar? Burada iki siçan oynasa, biri tələyə düşər ki…
Molla deyir:
– Mənim mətbəximin belə balaca olmağı, Sizə olan məhəbbətimin böyüklüyünü göstərir.
Teymur soruşur:
– Bu niyə belə olur? Başa düşmədim.
Molla deyir:
– Niyə başa düşmürsən? Bizim kimi adamların mətbəxi böyük olsa, sizin kimilərin sarayı o boyda olmaz ki!.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir