“İncildə yazılıb ki, “Allah Yeri, Göyü, suyu yaratdı. Meşələri, heyvanları, quşları yaratdı. Və onlara TİRRİK dedi”

Tarix
“İncildə yazılıb ki, “Allah Yeri, Göyü, suyu yaratdı. Meşələri, heyvanları, quşları yaratdı. Və onlara TİRRİK dedi”.
Tirrik bizdə indi də işlətdiyimiz “dirrik” sözüdür, mənası həyat, yaşam deməkdir. “Dirriyin nətəridi?”, “özünə dərbə-dirrik elə” (Naxçıvanda, Zəngilanda bu söz lap çox işlədilir) sözlərini çox eşitmişik. Mixi yazılarda “TÜRÜK” kimi yazılan adımız Allahın haman TİRRİK sözündən irəli gəlir”.
Tariyel Azerturk , ABŞ-da yaşayan azərbaycanlı alim, türkoloq.
Qeyd: Azərbaycan ərazisində mövcud olmuş Turukki dövləti eradan əvvəl III minilliyə aiddir.
Prof. Süleyman Əliyarlı yazır ki, türklərin Azərbaycan ərazisində yaşamış ən qədim sakinlər olmasını e.ə. I minilliyin mixi yazılarında olan turukki və turuxi etnik adları da təsdiq edir. Onun fikrincə, turukku adının türk dilindən başqa bir yozumunun olmaması onların türk­mənşəli xalq olduğunu sübut edir. Urmu nəzəriyyəsinin, yəni türklərin ilk vətəninin Cənubi Azərbaycan olması konsepsiyasının müəllifi prof. Firudin Ağasıoğlu hesab edir ki, “türk” adının ilk forması m.ö. 3-2-ci minilliklərdə Azərbaycanda meydana çıxmış, ilk böyük Türk İmperiyası Qut Eli də Azərbaycanda yaranmışdır.

1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir