Cennifer Lopezin İrəvandakı konserti zamanı xüsusi səthdən istifadə edilməsi nəticəsində idman arenasının ot örtüyü ciddi zədələnib. UEFA 2026-cı ildə İrəvanda keçiriləcək Dünya çempionatının seçmə mərhələsinin oyunöncəsi məşqinin Respublika stadionunda keçirilməsinə icazə verməyib. Ermənistan Futbol Federasiyası (EEF) xəbər verib ki, “UEFA bizə Texniki Mərkəzdə- EFF Akademiyasında oyunöncəsi məşq keçirməyi tapşırıb”. Bundan əvvəl Respublika stadionunun direktoru Aşot Barseqyan demişdi ki, İrəvandakı idman arenası yaxın günlərdə Portuqaliya və İrlandiya yığmalarının burada çıxış edəcəyi DÇ-2026-nın seçmə mərhələsinə hazırdır. Federasiya onu da bildirdi ki, “EFF otların nəhayət otların özünə gəlməsi üçün Portuqaliya və İrlandiya milli komandalarının oyunöncəsi məşqini Futbol Akademiyasına köçürmək qərarına gəlib”. Konsertdən alınan vəsaitin bir hissəsinin bərpa işlərinə xərclənib-xərclənmədiyini sualına isə EFF cavab verməyib. Xatırladaq ki, Cennifer Lopesin İrəvandakı konserti zamanı səhnə və fan-zonanın xüsusi örtülməsi idman arenasının ot örtüyünə ziyan vurduğu üçün UEFA 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarına ev sahibliyi etmək baxımından stadionu “risk qrupu”na daxil edib. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Ermənistan millisi İrəvanda Portuqaliya yığmasını qəbul edəcək. Sentyabrın 9-da Yeqişe Melikyanın komandası İrəvanda İrlandiya millisi ilə də qarşılaşacaq.