Rəsmi İrəvan Zəngəzur dəhlizini Rusiyanın iştirakı olmadan açmaqla, həm Ermənistanın suverenliyini gücləndirmək, həm də Qərbə inteqrasiyanı dərinləşdirmək niyyəti güdür… İndiki proseslər eynilə davam edərsə, Zəngəzur dəhlizi yaxın gələcəkdə yalnız nəqliyyat-kommunikasiya arteriyası deyil, həm də Cənubi Qafqazda Rusiyasız yeni geopolitik düzənin əsas simvoluna da çevrilə bilər.
Cənubi Qafqazda qüvvələr balansı böyük sürətlə dəyişməyə başlayıb. Belə ki, dünya nəhənglərinin bu region uğrunda qarşıdurması artıq həlledici mərhələyə yaxınlaşır. Ona görə də, bu regionda bir necə yüz il hökm sürmüş bir dövür artıq qapanmaq üzrədir. Rusiyanın Cənubi Qafqazdakı regional hegemonluğu tədricən sona çatmağa doğru yönəlib. Ukrayna savaşında ciddi şəkildə zəifləmiş Rusiya indi bu regionda cərəyan edən geopolitik, geoiqtisadi və geostrateji proseslərə təsir göstərməkdə çətinlik çəkir. Və hətta Kremlin Cənubi Qafqazdan tamamilə kənarda qala biləcəyini sezdirən müəyyən məqamlar da indi açıq-aşkar müşahidə olunur.
MUASİRMEDİA.AZ