Ukraynalı peşəkar boksçu Oleksandr Usyk: “Atam sərt adam idi

İdman
Ukraynalı peşəkar boksçu Oleksandr Usyk : “Atam sərt adam idi. Mənə heç vaxt yumşaq sözlər demirdi. Olimpiya çempionu olduğum vaxt, atam artıq ağır xəstə idi.
Həmin axşam zəng etdim, məni sevdiyini söylədi. “İndi ölə bilərəm” dedi. Ona dedim ki, bu sadəcə başlanğıcdır, peşəkar qələbələr hələ qabaqdadır. Səhər saat 2:30-da atam rəhmətə getdi. Çerniqova uçdum, otağa girəndə, taxta tabutda uzanmışdı. Medalı əlinə verdim və dedim: “Budur, götür”. Bilirəm ki, cənnətdən məni izləyir və mənimlə fəxr edir. Hər gün onun haqqında düşünürəm və övladlarıma onları sevdiyimi söyləmək fürsətini heç vaxt qaçırmıram”.
1 kişi ve yazı görseli olabilir
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir