“Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub

Mədəniyyət
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.
Sentyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden sənətkara təqdim edilib.
Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edərək, onun səhnə və ekran yaradıcılığının milli mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Afaq Bəşirqızı dövlətimizin sənətə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib.
Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir