Adil İskəndərov: Əsl kişi ailəsi, azərbaycanlı ailəsi budur! Milli mənəvi dəyərimiz, milli xüsusiyyətlərimiz belə olmalıdır.
Aktyor, rejissor Əbdül Mahmudov: “Mən institutun 2-ci kursunda oxuyanda dahi rəhbərim Adil İskəndərovun sinfində təhsil alırdım. Rayonda böyük tədbir vardı. Mən bir neçə nəfəri kəndimizə, evimizə dəvət etdim. Tədbirdən sonra Adil müəlim qoluma girdi, həyətdə, bağda gəzişirdik. Adil müəllim soruşdu ki, bəs atan hanı? Cavab verdim ki, atam repressiya olunanlardandır. Allaha and olsun, dedi, qadam, mən elə bilirdim sən raykom oğlusan. Sürücü işləyib bizi dolandıran böyük qardaşımı göstərdim. Dedim Adil müəllim, bizi, ailəmizi böyük qardaşım dolandırıb. Özü də sürücülüklə. Adil müəllim böyük qardaşımı yanına çağırıb gözündən öpdü. Dedi qadam, bax, əsl kişi ailəsi, azərbaycanlı ailəsi budur! Milli mənəvi dəyərimiz, milli xüsusiyyətlərimiz bax belə olmalıdır.
Adil müəllim deyərdi ki, qadam, 5 manatınız olmasa da çalışın etibarlı dostlarınız olsun”.
MM.AZ
MM.AZ