YAPONiYA: BİRİNCİ SİNİF ÜÇÜN QAYDALAR.

Dünya
Yaponiya məktəblərində birinci sinif şagirdlərinin anaları tədris ili başlamazdan əvvəl zəruri əşyaların və tələb olunan bacarıqların siyahısını alırlar. 18 bənddən ibarət siyahı belə başlayır:
“Uşağınız məktəbə başlamazdan əvvəl, onun aşağıda sadalanan qaydalara əməl edə bildiyinə əmin olun və valideynlər və ailə üzvləri olaraq, eyni davranış qaydalarına əməl edin.”
“Əsas Davranış Qaydaları” bölməsi:
1) Kimsə danışanda diqqətlə qulaq asın.
2) Başqaları ilə salamlaşın və suallara aydın və yüksək səslə cavab verin.
3) Başqalarının əşyalarının sizə aid olmadığını aydın dərk edin.
4) Ayaqqabılarınızı içəri girməzdən əvvəl çıxarın və diqqətlə təyin olunmuş yerə qoyun.
5) Kresloda oturarkən belinizi düz tutun.
6) Həmişə təmiz və yaxşı ütülənmiş paltarda olun.
7) İş masanızı və ətrafdakı əşyaları səliqəli və nizamlı saxlayın.
8 Erkən yatıb özbaşına tez durmaq mütləqdir.
9) Doyurucu səhər yeməyi yeyin.
10) Dişlərinizi fırçalamağı unutmayın.
11)Ən vacibi- Heç vaxt yalan danışmayın.
“Dostlarla münasibətlər” bölməsi:
1) Sinif yoldaşlarınızdan heç birini heç vaxt tək qoymayın.
2) Əgər kiminsə problemi varsa, kömək edin.
3) Dostlarınız haqqında pis danışmayın.
4) Kiminlə necə ünsiyyət qurmağı, oynamağı və öyrənməyi bilin.
5) Yalnız təkbaşına oynamağı deyil, həm də hər kəslə oynayaraq əylənməyi bacarın.
6) Fiziki inkişaf və təbiətdə istirahət etmək bacarığı üçün açıq havada oynayın.
7) Əgər səhv etsəniz, səmimi olaraq üzr istəməlisiniz.
QAYDALARA RİAYƏT ETMƏK MÜTLƏQDİR!!! MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir