Biləcəridəki dəhşətli qəza olmaya bilərdi.
Yəqin ki, çoxlarının məlumatı var, bugün səhər Biləcəridə dəhşətli qəza oldu. Ölənlər var. Həm də necə ölmək. Getdiyin yerdə üstünə tonlarla ağırlığı olan yük maşını aşır və həlak olursan.
Yəqin ki, çoxlarının məlumatı var, bugün səhər Biləcəridə dəhşətli qəza oldu. Ölənlər var. Həm də necə ölmək. Getdiyin yerdə üstünə tonlarla ağırlığı olan yük maşını aşır və həlak olursan.
Çox dəhşətli və kədərli hekayədir. Amma təkcə qəza deyib keçmək olmaz. Hadisə avtovağzala düşən yolda baş verib. Yük maşınının çevrildiyi yol, Bakı-Sumqayıt istiqamətinə çıxan yoldur.
Sürücü olanlar bilər, həmin yolun sərt döngəsi o qədər kəskindir ki, heç Ağsu dolayları o qədər kəskin trayektoriyada əyilmir. Sürəti tam olaraq azaltmasan, oranı sağ-salamat dönmək olmaz.
Hadisə şahidlərinin dediklərinə görə, çevrilən yük maşınının mostu yerindən çıxıb. Maşın körpüdən aşıb yerə. Tək bu hadisə deyil ki. O yolda bilirsiniz nə qədər maşınlar aşıb, nə qədər faciələr yaşanıb?
Olmazdımı ki, həmin yolu düzgün şəkildə inşa etsinlər. Cavabını deyim- yox olmazdı. Çünki bu ölkədə insanların həyatlarının önəmi yoxdur. Gözlə görünən hərşey, insanların rahatlığı üçün yox, narahat edilməsi, bədbəxt edilməsi üçün nəzərdə tutulub.
Əgər elə olmasaydı, azərbaycanlılara zərrə qədər də olsa hörmət qoyulsaydı, ən azı milləti tıxaclarda bu qədər təhqir etməzdilər. Yollarda bu qədər qəzalar baş verməzdi. Adicə bir tıxac problemini həll etmir bu adamlar. Həll edə bilmirlər demirəm. Çünki edə bilərlər, amma etmirlər.
Hər gün artan problemlərdən, yaşanan ailə faclərindən həzz alır bu adamlar. Heç bir problemi də düzəltmək niyyətində deyillər. Heyif bu qədər ölən insanlardan. Bu qədər yarım qalmış talelərdən. Qəzada həyatlarını itirənlərin ailələrinə səbr diləyirəm.

MM.AZ