NİYƏ PARLAMIR?
Ulduzlar* parlayır bu yer üzündə ,
Bəs mənim ulduzum niyə parlamır?
Çoxu ulduz olub elin gözündə,
Bəs mənim ulduzum niyə parlamır?
Baxıram oxuyan oğlana, qıza,
Bənzəmək istəyir, göydə ulduza.
Oxuya-oxuya, mən yaza-yaza,
Bəs mənim ulduzum niyə parlamır?
Baxıram gecələr göylərə sarı,
Al-əlvan nur saçır göy işıqları.
Get-gedə tez olur, ömür də yarı,
Bəs mənim ulduzum niyə parlamır?
Evlərin işığı düşür hər yana,
Göylərin ulduzu ruh verir cana.
Zibayam, baxıram hey asimana,
Deyirəm, ulduzum niyə parlamır?
03.09.2025
Ziba Sevindik

MM.AZ