Qocaldığımızı dərindən hiss etdirən daha bir hadisə baş verdi: Messi milli karyerasını demək olar ki, bitirdi (Argentinada son oyun).
Bəlkə də, milyonlarla futbol izləyicisi də onunla birlikdə – futbol izləmək “karyerası” ilə vidalaşdı.
Bəlkə də, milyonlarla futbol izləyicisi də onunla birlikdə – futbol izləmək “karyerası” ilə vidalaşdı.
O hər şeyi qazandı. Ən əsası, dünyanın istənilən şəhərindən, qəsəbəsindən, kəndindən olan insanların sevgisini. İnsanların bu qədər diqqəti, sevgisi – təsəvvür edə bilməyəcəyimiz qəribə bir şeydir.
Həyatımızdan bir futbol əfsanəsi, dərdlərimizi 90 dəqiqəlik unutdura bilən bir sehrbaz keçdi. Cəldliyi, driblinqi, ötürmələri, zərbələri, qolları, mübarizəsi, ağlı və inancı ilə həyatımızın 20 ilində zövqümüzü oxşadı.
Messi 90 dəqiqədə varlı ilə kasıbı, işçi ilə müdiri, dindar ilə ateisti, qaradərili ilə ağdərilini, düşmən xalqları və bir-birinə əks qütbdə olan milyardlarla insanı eyni məqsəd uğurunda birləşdirdi, sevindirdi, kövrəltdi, qürurlandırdı.
Messi mənim üçün daim əvəzedilməz qalacaq.
Hər şey üçün təşəkkürlər.
MM.AZ
MM.AZ