Tahir Gözəl: “UEFA-dan gələn 18 milyon dollar “Qarabağ”ın 10 aylıq xərcidir

İdman
“Biz Qurban hocaya bütün imkanları verdik.
Qurban hoca oyunçulara baxır. Bu gün rəqabətli mühitdə klublar oyunçuları buraxmaq istəmirlər. 500 minlik oyunçunu istəyirsənsə, deyirlər 8 milyon. Bu gün bizim hər hansı oyunçumuza 10 milyon dollar təklif etsələr də, satmayacağıq. Çünki ehtiyacımız var.
“Qarabağ”ın uğurlu olması hər kəsdən çox Qurban Qurbanovun arzusudur. Bu, onun zəhmətidir, onun iradəsidir. Bir milyonluq futbolçuya 8 milyon pul verib gətirsən, klubu dağıdarsan. Mən azarkeşlərimizi başa düşürəm. İnsanın ürəyi yanır, deyir: “Gətirin də, alın da”. Amma alınmır. Çünki bu, maşın almağa, araba almağa bənzəmir. Çox qəliz məsələdir. Burada klubun əhval-ruhiyyəsini dağıda bilərsən. Klub idarə etmək çox ağırdır.
Mənim arzum o idi ki, olsun. Amma heç vaxt təəssüflənmirəm. Qurban Qurbanova da deyirəm ki, Nərimana inanıram, Musaya inanıram, gənclərimizə inanıram. Öz gücümüzə gedəcəyik. Qismət olmadı, amma çalışdıq. Şübhəm yoxdur ki, əlimizdən gələni etdik. Belə bir söz var: “Qarabağ” UEFA-dan çox böyük pul qazanır, xərcləsin də”. “Qarabağ” UEFA-dan qazansa-qazansa 18 milyon dollar qazanır, bu da bizim 10 aylıq xərcimizdir. Biz hər il Çempionlar Liqasına düşmürük. Deyək ki, üç ildən bir düşsək, 60 milyon dollar da, 50 milyon dollar da, 40 milyon dollar da çatmır.
Türkiyədəki klublara baxın, hamısı borcun içindədir. Doğrudan da idarəetmə çox ağırdır. Dünyada bizim bir ümidimiz var – “Azərsun” Holdinq. Allah eləməsin, sabah bir böhran olsa, “Qarabağ” klubu müstəqil olmalıdır. Mən prezident kimi “Qarabağ” klubunun hətta “Azərsun”a qarşı da müstəqil olmasının tərəfdarıyam. Mən gərək maliyyə intizamını qoruyum. Asan deyil, əmin olun, heç asan deyil.
İngiltərə Premyer Liqasında ən axırıncı yerdə gedən klub 120 milyon funt sterlinq yayım gəliri alır. Mən onlarla necə rəqabət aparım? Mənim onlarla rəqabət aparmağımın sirri bir oyunçu deyil. Mənim onlarla rəqabət aparmağımın sirri budur: mənəviyyatca güclü olmaq, çətin gündə birlikdə olmaq”.
8 kişi, futbol oynayan insanlar ve amerikan futbolu oynayan insanlar görseli olabilir

MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir