Su polisi Xəzərdə brakonyerlərə qarşı əməliyyat keçirdi

video
DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində və xidməti ərazilərdə qanunsuz balıq ovuna qarşı tədbirlər davam etdirilir.
____
Keçirilən əməliyyat zamanı Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında brakonyerlik edən 38 yaşlı Xanmurad Xanalıyev saxlanılıb. O, “Yamaha-40” mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində dayandırılıb. Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və qadağan olunmuş balıqovlama vasitələri götürülüb.
____
Su polisləri Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ilə birgə Abşeron rayonunda da tədbir keçiriblər. Nəticədə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və Tərlan Səttarov müəyyən edilərək saxlanılıb. Onlardan 93 ədəd balıq, sintetik tor və digər qadağan olunmuş ov alətləri aşkarlanıb.
____
Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə bağlı tətbiq olunan moratorium 1 sentyabrdan bitib. Lakin dövlət qoruqları, milli parklar və digər qorunan su hövzələrində balıq ovunda kimyəvi, zəhərli, partlayıcı maddələrdən, sintetik torlardan, elektrik cərəyanından və digər qadağan olunmuş alətlərdən istifadə qəti qadağandır!
____
– Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi üçün mübarizə davam edir.
Su Nəqliyyatında Polis İdarəsi vətəndaşlardan xahiş edir ki, Xəzər dənizində və digər su hövzələrində qanun pozuntusu ilə rastlaşdıqları halda aşağıdakı nömrələrə məlumat versinlər:
012-433-38-12 | 📞 012-433-38-02

https://www.youtube.com/watch?v=JrgarlMeFZc&feature=youtu.be. MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir