1981-ci ildə Almaniyada məhkəmə zalında tarixin ən sarsıdıcı hadisələrindən biri yaşandı. 7 yaşlı Annanı amansızcasına öldürən Klaus Qrabowski ifadə verərkən, qızın anası Marianne Bachmeier gizlicə silahı zala gətirmişdi.
O, hamının gözü önündə silahı çıxarıb 7 dəfə atəş açdı və qızının qatilini oradaca öldürdü.
Bu hadisədən sonra cəmiyyət iki yerə bölündü:
– Bəziləri dedi: “O, sadəcə ana idi, haqqını aldı.”
– Digərləri isə: “Ədaləti qanun qorumalıdır, yoxsa xaos olar.”
1983-cü ildə Marianne qəsdən adam öldürmə və silahı qanunsuz saxlama ittihamı ilə məhkum edildi. O, 6 il həbs cəzası aldı, lakin cəzanın 3 ilini çəkdikdən sonra azadlığa buraxıldı.


MM.AZ