Bunun vəhşilik, qəddarlıqdan başqa nə adı var?

Dünya
Ağlasığmaz təsirli hadisədir, zəlzələ dağıntıları altından kişi və uşaqları çıxarıb xilas et, qadın və qızları isə uçuqlar altında iniltili qoy, çıx get!Bunun vəhşilik, qəddarlıqdan başqa nə adı var?
Budur, təsdiqli faktlar, canlı şahidlər…
“The New York Times” (NYT) məlumatına görə sentyabrın 1-nə keçən gecə Əfqanıstanda baş verən zəlzələ sonrası xilasedici kişilər qadınlara deyil, kişilərə kömək ediblər. Çox təəssüflüdür…
Qəzet şahidlərə istinadən xəbər verir ki, qohum olmayan qadınlarla kişilərin arasında əlaqənin qadağan edilməsi bir çox qadına tibbi yardım göstərilməməsinə səbəb olub və bəziləri hətta dağıdıcı zəlzələ sonrası dağıntılar altında qalıb.
Hakim Taliban islam hərəkatı tərəfindən hətta fövqəladə hallarda ciddi şəkildə riayət edilən Əfqanıstan mədəniyyət normaları eyni ailənin üzvü olmayan kişi və qadınların fiziki təmasını qadağan edir. Fəlakət zonalarında qadınları dağıntılar altından yalnız qadınlar çıxara bilər.
Məsələn, Kunar vilayəti Əndərluqqaq kəndində fövqəladə hallar qrupu yaralı kişi və uşaqların xilasını həyata keçirib, yaralarını müalicə edib. Amma yaraları qanayan qadınlar və yeniyetmə qızlar kəsinliklə kənara itələnib, yalvarslar da.
Bir sakin kişi könüllü, qəzetə bildirib ki, hadisə yerində olan kişi həkim qrupunun üzvləri qadınları dağılmış binaların dağıntıları altından çıxarmaqda tərəddüd edir. Qapalı və yaralı qadınların qayaların altında qaldığını, başqa kəndlərdən olan qadınların əraziyə gəlib onları qazıb çıxarmalarını gözlədiklərini söyləyib.
Taliban hökumətinin Səhiyyə Nazirliyi sözçüsü zəlzələdən zərər çəkmiş bölgələrdə qadın tibb işçilərinin kəskin çatışmazlığını açıq etiraf edib.
Və təəssüflə şəxsi fikrim….
Mən bilmirəm, bütün bu dinlər bəlkə də 2-3 min il əvvəlki ibtidai inkişaf səviyyəli insanlar üçün mütərəqqi yenilik kimi vacib gərəkli olmuşdur. Necə ki, əlifba kitabı 1-cii sinif şagirdi üçün bir elmdir. Ancaq açığı, dinlərə onların milyonlarla inanclısına görə hörmət, ehtiramımla bərabər, bu gün dinlərin bəzi müdhiş qaydalarını Allaha belə, xoş getməyən, insanlığa ziyanlı görürəm!
İlqar Altay.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir