Azərbaycanın ilk kriminal lideri Rəşid oğlu Məhərrəm: “Ay bala əsl KİŞİ…….”
İyirminci illərin ortalarında Bakıda bir and məhşur idi “Məhərrəmin canına and olsun”. Bu and içiləndən sonra istənilən şəxs dərhal ona inanırdı. Çünki adı çəkilən şəxs Azərbaycan daxil olmaqla Rusiya imperiyasına daxil olunan bütün ərazilərdə böyük hörmətə malik kriminal aləmin o dövrdə şəksiz lideri Rəşid oğlu Məhərrəm idi.
İlk qanuni oğrulardan biri olmaqla, o, həm həbsxanada, həm də Bakıda və Azərbaycanda kriminal aləmə nəzarət edirdi.
Rəşidoğlu Məhərrəmin fövqəladə ədalətli və qərəzsiz bir insan olduğunu hamı bildiyi üçün heç kim onun qərarlarından şübhə edə bilməz idi. Ona şikayətlə gələnlərin bütün problemlərini həll etdiyi üçün onun adına and içirdilər və heç kim də bu andı poza bilməzdi. Onun özündən çox ətrafda olanlar dərhal andını pozanı cəzalandırdılar.
Məhərrəm həmişə ciddiliyiylə, haqq ədalət tərəfdarı olmağıyla, düşməninə qarşı qəddar olmağıyla, yanına gələn köməyə ehtiyacı olanı əliboş qaytarmamağıyla hörmət qazanmışdır.O həddindən artıq ədalətli və qərəzsiz adam idi.
Rəşid oğlu Məhərrəm əslən Güney Azərbaycandan Bakıya köçənlərin nəsiləndən idi. Bakıda İçərişəhərdə böyüüb. İndiki Nərimanov heykəli ətrafında gənclik illəri keçib. Onlara həmşəri deyiblər.
Bir dəfə dostları ilə oturub yeyib içdiyi zaman söhbət düşür ki, bəs əsl kişilər avtoritet və lotulardır. Bunu eşidən Rəşid oğlu Məhərrəm həmin sözü deyəni yanına çağrır və deyir: ” Əsl kişi hər səhər evindən çıxıb bütün günü əziyyət çəkib evinə çörək aprandır. Mən belimdə iki tapança, yanımda bu qədər qoçu var, yenə yatanda qorxuram ki, kimsə gəlib məni öldürərlər. Amma evinə çörək aparıb, heç nədən qorxmadan yatan və ailəsini qoruyan əsl Kişdir”
Sənədlərdə qeyd edilir ki, Rusiya imperiyasının bütün bölgələrindən onun yanına məsləhətə gəlirdilər və ilk dəfə “obşak” adlanan fondun yaradılması da onun təşəbbüsü ilə baş verir. İlk illər məhbuslara yardım nəzərdə tutulsa da sonradan Rəşidoğlunun təklifi ilə müharibədən qayıdan yaralılara, fiziki zədə alan əsgərlərə, başçısız ailələrə yardım göstərilməsinə də başlanır.
1930-cu ildə Rəşidağlı Məhərrəm üç gün ərzində Bakıdan Sibirə etap getməli olan 200 məhbusun uzun səfəri üçün lazım olan hər şeyi təmin edib. Onun bu hərəkəti o vaxtlar Sovetlərin əlində olan bütün ərazilərdə fəxrlə çəkilirdi.
Bu gün Azərbaycanda ilk dəfə çadranı atan xanım barədə müxtəlif fikirlər mövcuddur. Bəzilərinə görə ilk dəfə çadranı başından atan Bakıda Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova olub. Bəzilərinə görə “Sevil” tamaşasında baş rolun ifaçısı Mərziyyə Davudova olub.
1933-cü ilin yanvarında Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri Səriyyə Xəlilova atası və qardaşı tərəfindən qətlə yetirilir. Ölüm hökmünün çıxarıldığı prosesdə atası ilə müttəhim kürsüsündə əyləşən qardaşı 10 il müddətinə azadlıqdan məhrum edilir və Rəşidoğlunun olduğu həbsxanaya gəlir. Qeyd edim ki, Mərkəzi Bankdan oğurlanan puldan xəbəri olmamasına baxmayaraq, bu hadisədən az sonra Rəşid oğlu Məhərrəm həbs edilmiş idi.
Onun həbsi təbii olaraq şəhərdə kölgə hakimiyyəti uğrunda mübarizə aparan müxtəlif cinayətkar qrupların qarşıdurmasına gətirib çıxardı. Bu qruplar liderlik uğrunda mübarizəyə başladılar. Mübarizədə Xoralı Hüseyn və Ağaqulu adlı şəxslər qalib çıxdılar, onlar digər millətlərin Bakıda söz sahibi olmasına imkan vermirdilər.
Burada bacısını öldürən qatilə böyük hörmət göstərilir və o da bundan istifadə edərək Rəşidoğluna qarşı çıxır və onun əlindən “obşakı” xoşluqla alır. Kriminal aləmin böyük liderinin adi bir insana fondu verməsi bütün Sovetlərə yayılır və Rəşidoğlu barədə narazlıqlar artmağa başlanır. Nəticədə Kolımaya etap edilən Məhərrəm burada kriminal avtoritetlərin görüşündə günahkar elan edilərək ölüm hökmü alaraq qətl edilir.
Bundan sonra Bakının indiki Nəsimi rayonu ərazisində olan ərazi Ermənikənd adı altında ermənu kirmnalının əlinə keçir və onlar şəhərdə güclənməyə başlayır və Azərbaycanlı krimnal dəstələri arasında parçalanma baş verir və bir birlərinə düşmən kəsilirlər. Bu günə qədər də bir birləri ilə ancaq mübarizə aparırlar.
MM.AZ
MM.AZ
Prof.Dr.Zaur Aliyev